Make your own free website on Tripod.com

        ASSEMBLY OF CANADIAN-AZERBAIJANI ASSOCIATIONS IS FOUNDED
                                 AzerTac: [December 20, 2006, 20:44:44]

The participants of Azerbaijan Diaspora organizations in Canada, including Quebec-Azerbaijan Associations, Canada- Azerbaijan Friendship Association, Ontario- Azerbaijan Community, Canada-Azerbaijan Pertnership Association, Canada-Azerbaijan Trade Center, Canada- Azerbaijan Students Society, Canada -Azerbaijan Women Association and Canada- Azerbaijan Youth Association held meeting on December 17th  in Toronto.

The meeting participants discussed the real situation, successes and the existing problems of Azerbaijan Diaspora in Canada, as well as instituted Assembly of Canada-Azerbaijan Associations to bring the realities about Azerbaijan to the world and take an active part in socio-political life of Canada.

The working group was also created to prepare the Charter of the Assembly and to hold the first Congress in January 2007.

 

 

“KANADA AZƏRBAYCAN ASSOSİASİYALARI ASSAMBLEYASI” TƏSİS EDİLMİSDİR
AzərTAc xəbər verir ki, dekabrın 17-də Toronto şəhərində Ontario və Kvebek vilayətlərində fəaliyyət göstərən 8 təşkilatın - Kvebek Azərbaycanlıları Assosiasiyası, Kanada Azərbaycan Dostluq Assosiasiyası, Ontario Azərbaycanlıları İcması, Kanada Azərbaycan Əməkdaşlığı Assosiasiyası, Kanada Azərbaycan Ticarət Mərkəzi, Kanadada Azərbaycan Tələbələri Cəmiyyəti, Kanada Azərbaycan Qadınları Assosiasiyası və Kanada Azərbaycan Gənclər Assosiasiyasının təşəbbüsü ilə geniş toplantı keçirilmişdir.

Əvvəlcə Kanadadakı Azərbaycan diasporunun real vəziyyəti, nailiyyətlər və mövcud problemlər muzakirə olunmuş, müvafiq qərar qəbul edilmişdir.

Toplantı iştirakçıları Azərbaycan həqiqətlərinin, o cümlədən Vətənimizə qarşı erməni təcavüzünün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılması, ölkəmizin mövqeyinin və dövlətimizin xarici siyasətinin beynəlxalq qurumlar səviyyəsində dəstəklənməsi, azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin gücləndirilməsi və Kanadanın ictimai-siyasi həyatında fəal iştirakını təmin etmək məqsədi ilə “Kanada Azərbaycan Assosiasiyaları Assambleyası”nı (KAAA) təsis etmişlər.
Assambleyanın nizamnaməsinin hazirlanması, onun dovlət qeydiyyatına alınması və 2007-ci ilin yanvarında ilk qurultayının keçirilməsi ilə əlaqədar 3 işçi qrupu yaradılmışdır.

Assambleyanın prezidenti vəzifəsinin dövri xarakter daşıması və quruma hər il bir təşkilatın rəhbərlik etməsi nizamnamənin əsas müddəalarından biri kimi qeyd edilmişdir.